Dənizlidə dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, cinayətə səbəb Ramazan D.-ın kürəkəninin gəlini ilə yaxın münasibətdə olması olub. 59 yaşlı kişi kürəkəni Gəzər Çüməni tüfənglə vuraraq öldürüb. Polisə verdiyi ifadəsində isə "Gəzər Çümən oğlumun həyat yoldaşı ilə 3 ildir gizli eşq yaşayırdı. Ona xəbərdarlıq etdik, lakin qulaq asmadı. Onları 3 gün öncə "iş başında" yaxaladıq. Aramızda mübahisə yarandı və kürəkənimə tüfəngimlə atəş açdım. Onun sahib olduğu mikroavtobus xəttini və mikroavtobusu da mən almışdım. Ona görə ağırıma getdi."