Aktrisa Pərvin Abıyeva 20 gün sonra İnstaqrama geri qayıdıb.
Unikal.org xəbər verir ki, sənətçi ötən gün 1 milyon izləyicisi olan sosial şəbəkə profilini aktivləşdirib.
O, sevgilisinin qardaşının öldüyü gecədən paylaşdığı fotolarını isə silib.
Qeyd edək ki, Pərvin sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən dünyasını dəyişib. Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları bayramı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər. Yeni il gecəsi başa çatdıqdan sonra gənc Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayevin kəskin ürək çatışmazlığından və işemik insultdan öldüyü məlum olub.
Baş verən bu dəhşətli hadisədən sonra Pərvin şəxsi İnstaqram hesabını bağlayıb.