Manisada qəribə hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qarın ağrısı şikayəti ilə həkimə gedən Şükrü Karacan bütün daxili orqanlarının tərs tərəfdə yerləşdiyini öyrənib. 53 yaşlı adam ürəyinin sağda yerləşdiyini hərbi xidmətdə olarkən öyrəndiyini bildirsə də, digər orqanlarının da tərsinə yerləşdiyini bu zamana qədər bilmədiyini qeyd edib. 

Həkimlər isə bu vəziyyətinin Şükrü Karacanın sağlamlığına heç bir mənfi təsirinin olmadığı deyib.