Manisada S.B. adlı şəxs elektronik əşyaların satıldığı mağazadan oğurluq edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3 il öncə 1 ay ərzində həmin şirkətdə işlədiyi məlum olan 32 yaşlı adam həbs olunub. O, mağazadan içərisində 150 min TL (təqribən 45 min manat) olan kassanı oğurlayıb.

Oğurluq edənşəxsin avtomobilində digər oğurluq əşyalar və saxta qeydiyyat nişanı aşkar edilib.