Planeti təhlükə gözləyir?
12:27 03-11-2012
İQTİSADİYYAT
Planeti təhlükə gözləyir?
2012-ci ilin 21 dekabrı, planetar aclıq və s. barədə
2012-ci ilin 21 dekabrı barədə uzun illərdir ki, ən müxtəlif şayiələr və analizlər dünya mətbuatında yer almaqdadır. Bu söhbətlərdə Yer planetində həyatın tamamilə məhv olacağından tutmuş bəşəriyyətin yeni bir inkişaf mərhələsinə keçəcəyinə qədər ən müxtəlif spektrli qənaətlər ortalığa qoyulur.
Maraqlıdır ki, XX əsrdən sonra Yer planeti ilə bağlı ən bədbin proqnozlar səslənməkdədir. Nüvə fəlakəti, qlobal istiləşmə, planetar aclıq, 21 dekabr, Qiyamət Günü və s. və i.a.
İndiki yazımızda bu mövzulardan ikisinin üzərində xüsusi dayanacağıq: qlobal aclıq və 21 dekabr.
Acından qırıla bilərikmi?
Bu başdan qeyd edək ki, planetar aclıq təhlükəsi də yeni mövzu deyil. Bu barədə hələ XIX əsrdə ingilis keşişi Maltus danışıb. Keşiş hesab edirdi ki, planetdə əhali artımının qarşısını almaq üçün müharibələr labüddür, əks-təqdirdə əhali o qədər arta bilər ki, onları yedirtməyə gücümüz çatmaz. Möhtərəm keşişin bu ideyasından gen-bol xaltura edərək planet miqyasında xof yaratmağa çalışanlar çox olub.
Elə “Dialoq Avrasiya Platformu”nun Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı da buna bənzər fikir söyləyib: “Bu gün dünyada hər 7 nəfərdən biri aclıq içərisində yaşayır”.
O bildirib ki, 1 milyard insan dünyanın qlobal problemi olan aclıq, 2 milyard insan yoxsulluq, 1,5 milyard insan isə xəstəliklərlə mübarizə aparır: “Əgər dünyanın 7 milyard əhalisinin hər 7 nəfərindən biri acdırsa, digər 6 milyard insan rahat yaşaya bilməz. Odur ki, yaxşı yaşayan hər 6 nəfər yoxsulluqdan əziyyət çəkən 1 nəfərə kömək etməlidir”.
M.Saatçı əlavə edib ki, Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Belə ki, Azərbaycanda iqtisadiyyat günü-gündən inkişaf edir: “Ancaq bu problemin Azərbaycana yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır”.
Görünür, elə bunun nəticəsidir ki, AMEA İqtisadiyyat İnstitutunun direktoru rəsmən münasibət bildirməli olub: “Azərbaycanda aclıqdan söhbət gedə bilməz!”
Direktor bildirib ki, hazırda dünya əhalisinin 1 milyard nəfəri aclıq içərisində yaşayır və bu tendensiya günü-gündən artmaqdadır.
Onun dediyinə inansaq, aclığın mövcudluğunun və problemin artmasının səbəbi ekoloji tarazlığın pozulması, müharibə təhlükəsinin olması, qlobal istiləşmə, ərzaq məhsullarının qiymətinin sürətlə artması və digər amillərlə əlaqədardır. İ.Alıyev qeyd edib ki, son on ayda dünyada ərzağın qiymətinin 4 dəfədən çox artması kasıb insanların problemlərini də artırır. Onun fikrincə, bu, təkcə iqtisadi deyil, eyni zamanda sosial, psixoloji və mənəvi problemlərdir.
Azərbaycanla bağlı vəziyyətə gəlincə, İ.Alıyev vurğulayıb ki, ölkəmiz bu problemlərdən əziyyət çəkmir: “Azərbaycanda aclıqdan söhbət gedə bilməz, kasıbçılıq isə getdikcə aradan qaldırılır. Amma Azərbaycan da dünya ölkələrindən biri olduğu üçün bu təhlükələrdən sığortalanmayıb. Ona görə də bunun qarşısını almaq üçün bütün məsələlər birgə müzakirə edilməli və problemin Azərbaycana yayılmasına imkan verilməməlidir”.
Hər halda hörmətli direktorun nikbinliyini biz də bölüşürük. Çünki hələ sovetlərin dönəmində rus alimlərindən biri Moskva mətbuatında yazırdı ki, “Sovet Azərbaycanının ərazisi və potensialı 20 milyon əhalini normal şəkildə yaşatmağa imkan yarada bilər.”
Nə az, nə də çox iyirmi milyon....
Və burada hökmən bir “gül axıtmalıyıq”: məmurlarımız imkan versə!
21 dekabr zülməti
21 dekabra gəlincə...
Məlumatlara görə, bu il dekabrın 21-də Yer planetində qəribə hadisələr baş verəcək. Hələ on il əvvəl Amerika müəllifi Fred Sterlinq bir qaynağa əsasən yazmışdı ki, 2012-ci il dekabrın 21-də Yer kürəsi üçgünlük qaranlıq zolaqdan keçəcək. Həmin günlərdə gecə ilə gündüzün sərhədləri silinəcək və planetdə tam qaranlıq olacaq. Bu müddətdə bir sıra energetika sistemlər sıradan çıxa bilər və insanlar güclü vahiməyə məruz qala bilərlər.
Son günlər dünya mətbuatında yayılmış məlumatlara görə, Tibet Laması NASA rəhbərliyinə rəsmən müraciət göndərib. Və bu müraciətdən sonra 21 dekabr 2012-ci il təhlükəsi bir daha yada düşdü. Həqiqətənmi, vaxta az qalıb?
Müraciəti olduğu kimi dərc edirik. Əgər həqiqətdirsə, o zaman hazırlaşmağa vaxtımız var.
NASA-nın baş ştabına Kaylasda yerləşən Qandrek monastırının laması tərəfindən
Müraciət
21 dekabr 2012-ci ildə Yer kürəsi Günəş sistemi ilə birgə Qalaktikanın sıfır xəttindən keçəcək. İyulda aldığımız nəticələrə görə, bu tarixdən Yer üzündə dəyişikliklər baş verəcək. Bu müraciəti bacardıqca çox adama yayın, o insanlara ki, onu qavraya biləcəklər. Dostlarınıza, iş yoldaşlarınıza, qohumlara və sözünüzü deyə biləcəyiniz hər kəsə.
1. 2012-13cü ilin payız və qışı Tibet və bütün şimal yarımkürəsində isti keçəcək. 21.12.2012-ci ildə Yer Kürəsi Günəş sistemi ilə birgə Sıfır xəttindən keçməyə başlayacaq. Bu elə bir əhatə dairəsidir ki, heç bir enerji və elektromaqnit dalğası mövcud ola bilməz.
2. Demək olar ki, Yer Kürəsinin 89 faizində səhər 10-dan başlayaraq tam qaranlıq və sakitlik hökm sürəcək. Heç bir işıq, elektrik, rabitə, istilik, səs olmayacaq.
3. Tam qaranlıq kosmik sistemdə işıq selinin illuzion parlaması ilə müşayiət olunacaq və təxminən, 4-5 gün davam edəcək.
4. Sonra Günəş işığı yenidən görünəcək. Dünya əvvəlki kimi olacaq. Heyvanlar bunu əvvəldən hiss edib, yuvalarında, dağların altında gizlənəcək.
5. Kosmik qaranlıq şəhər insanına daha tez və pis təsir edəcək. Ona görə iri şəhərlərdə itki və ağlı itirmək dərəcəsinə çatan psixoloji xaos yaranacaq. Yer üzü əhalisinin 10-12%-i məhv ola bilər.
6. Ona görə insanlar bilməlidir ki, bu haldan qorxmaq və təşvişə düşmək olmaz. Əgər bəzi məsləhətlərə əməl edib, hazırlıqlı olsanız bu 4-5 günü başa vura bilərsiz.
Həmin tarixə heç bir iş, vacib görüş təyin etməyin. Ailənizi, bütün sənədlərinizi, nəğd pulunuzu və ərzaq ehtiyatınızı götürün, şəhərdən çıxıb, bağ, çol, kənd yerinə gedin.
Savalan
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00