Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar “qaynar xətt” yaradılıb.

Unikal.org xəbər verir ki, səfirlikdən verilən məlumata görə, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 4 nəfər ölüb, bir neçə sakin yaralanıb. Təbii fəlakət zamanı dağılan və zərər dəymiş tikintilər aşkar edilib.