Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana yola salınıb.
Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində bildirilib.
“Elazığdan tələbələrimizi daşıyan ilk avtobus Naxçıvana doğru yola çıxıb”, - deyə qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.
Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr avtobuslarla Naxçıvana aparılacaq. Tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.