ABŞ, Avropa və Asiyanın bəzi ölkələrindən sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də koronavirusa yoluxma halları aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə BƏƏ-nin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, koronavirusa (2019-nCoV) yoluxmuş şəxs artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabilləşdiyi və həkim nəzarətində olduğu açıqlanıb.
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 minə çatıb, virus səbəbindən ölənlərin sayı isə 132 nəfəri ötüb. Yoluxanların 976 nəfərinin vəziyyəti isə ağırdır.