17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə görüşlərini davam etdirir. 

Unikal.org xəbər verir ki, E.Allahverdiyev namizəd olduğu ərazidəki   elm, təhsil, mədəniyyət və incəsənət sahəsində  böyük töhfələr vermiş tanınmış  şəxslərlə də görüşüb. O həmçinin  xalq artisti Arif Babayevin evində qonaq olub. 

Deputatlığa namizəd bu barədə özü sosial şəbəkədə məlumat verib:

"Təşviqat kampaniyasına start verərkən dairə sakinləri arasında bu qədər tanınmış, elm, təhsil, mədəniyyət və incəsənətimizə böyük töhfələr vermiş məşhur şəxslərin yaşadıqlarını bilmirdik. İş əsnasında məlumat topladıqca qarşımıza mütləq onlarla görüşmək məqsədini qoyduq. Evlərinə qonaq getdik, onlar da qərargahımıza qonaq gəlib, bizə şərəf verdilər.

Bu dəfə muğam sənətinin əvəzolunmaz ustadı, ecazkar səs sahibi, Qarabağımızın yadigarı, canlı əfsanəmiz, Xalq artisti Arif Babayevin qonağı olduq. Arif müəllimin şirin ləhcəsi, ağayana zarafatları ruhumuzu bir anlıq Qarabağa, Ağdama, Şuşaya apardı..."