Ötən gün Masallıda həyat yoldaşını böğaraq öldürdüyü bildirilən İman Məmmədov Sumqayıt Dövlət Texniki Kollecinin tələbəsidir.

Bu barədə məlumatı Unikal.org-a təhsil aldığı Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin direktoru Əhliman Əliyev derib.

Direktor bildirib ki, İnam Məmmədov gözdən əlil olub:

"İman bizim məktəbi 9-cu sinifi bitirəndən sonra kollecə qəbul oldu. O, Sumqayıt Dövlət Texniki Kollecinin Nəqliyyatda Daşımaların Təhlükəsizliyi fakültəsinin birinci kursunda oxuyurdu .Biz də inana bilmirik ki, bu hadisə necə oldu. İman məktəb illərində özünəqapalı və sakit şagird idi.Onun bir gözü görmür, digər gözündə də problemlər var. Heç kənd cammatı da hadisənin necə olduğunu bilmirlər".

Famil Fərhadoğlu