Dünyanı sarsıdan koronavirüs epidemiyası təhlükə saçmağa davam edir.

 Unikal.org-un məlumatına görə, Çinin Vuhan şəhərində qapalı qalan 34 Türk, 7 Gürcü, 7 Azərbaycanlı, 1 Albaniya vətəndaşını Türkiyəyə gətirmək üçün hazırlanan "Koca Yusuf" adlı yük təyyarəsi, Etimesgut Hərbi Havalimanı göndərilib. 

Belə ki,  Ambulans təyyarəyə çevrilən “Koca Yusuf” adlı hərbi yük təyyarəsiylə Türkiyəyə gələcək sərnişinlər və ekipaj xüsusi paltarlar geyəcək. Bu insanlar təyyarədən enən zaman 14 gün karantində qalacaqlar. 

Gülayə Mecid