Azərbaycan  Respublikası Əmək və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi yanında Dövlət Məşğulluq  Xidmətinin  İsmayıllı  rayon  Məşğulluq  Mərkəzi  Rayon  İcra  Hakimiyyətinin rəhbərliyi  ilə rayonun Peşə Tədris Mərkəzində növbəti  “Əmək  yarmarkası” təşkil  edib.

Unikal.org xəbər verir ki, ”Əmək  yarmarkası”nda  İsmayıllı  Rayon  İcra  Hakimiyyətinin  başçısı Mirdaməd Sadıqov, Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla iş sektorunun müdiri Nəcəf Məhərrəmov, idarə,  müəssisə, təşkilat  rəhbərləri,  iş adamları və işaxtaran  vətəndaşlar  olmaqla  cəmi 550 nəfər  iştirak edib.
“Əmək yarmarkası”nda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov və Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla iş sektorunun müdiri Nəcəf Məhərrəmov çıxış edərək ölkə Prezidentinin əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində apardığı uğurlu siyasət barədə tədbir iştirakçılarına məlumat veriblər.       

RİH-nin başçısı M.Sadıqov təkcə İsmayıllıda 2019-cu ildə 1489 iş yerinin açıldığını diqqətə çatdırıb. Çıxış edənlər yarmarkanın işinə uğurlar arzulayıblar.
Əmək  yarmarkasına  53  idarə, müəssisə,  təşkilat və  sahibkarlar  tərəfindən   278  boş iş yeri  təqdim edilib. Vakansiya  təqdim edən işəgötürənlərdən 33-ü  dövlət, 15-i qeyri -dövlət, 5-i isə fiziki şəxs  olmuşdur. Əmək  yarmarkasına   çıxarılmış  boş iş yerlərindən  179-u  fəhlə, 83-ü qulluqçu, 16-sı isə xidmət sahələridir.
Təqdim olunmuş  boş  iş  yerlərinə  72 nəfər -qeyri məşğul  vətəndaşa  göndəriş  verilib.  Onlardan  62 nəfəri dövlət, 10  nəfəri isə  özəl  iş yerlərinə  göndərilib. Təqdim edilmiş  boş iş  yerlərində əmək  haqqı 250  manatdan 650  manat  həddində olacaqdır.
Yarmarkada  45 nəfər    peşə  təlimi  kursuna  göndərilmək üçün müraciət edib.
İşsiz və işaxtaran vətəndaşlara özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilib.