103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Elmar Musayev rayonun Zəhmət və Xar-Xar kəndlərində seçiciləri ilə izdihamlı görüş keçirib.
Unikal.org xəbər verir ki, görüşdə deputatlığa namizəd E.Musayev çıxışında bildirib ki, qədirbilən Gədəbəy seçiciləri hər zaman dövlətçiliyin inkişafına dəstək olublar və siyasi fəallıqları ilə seçiliblər.
Namizəd seçicilərinə 9 fevral tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyyə edib. O, seçicilərin şikayət və problemlərini dinləməyə hazır olduğunu, problemlərin həllində bütün imkanları ilə çalışacağını deyib.
Görüşə gələn seçicilər namizədə olan inamlarını ifadə edərək seçkilərdə E.Musayevə səs verib, ona dəstək olacaqlarını bildiriblər.