Xankəndi hava limanı yenə gündəmdə
14:08 06-11-2012
İQTİSADİYYAT
Xankəndi hava limanı yenə gündəmdə
ABŞ məsələyə mövqe bildirdi
Azərbaycanla-Ermənistan arasında hava limanı mövzusu get-gedə aktuallaşır və gərginlik artmaqda davam edir. Xatırladaq ki, qondarma "Dağlıq Qarabağ Respublikası hökuməti yanında mülki aviasiya idarəsi"nin rəisi Dmitri Atbaşyan bu il oktyabrın 1-də Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi aeroportunun istismara verildiyini bildirib.
Azərbaycan XİN Xankəndində aeroportun açılması ilə bağlı Ermənistanın addımını danışıq prosesinə ciddi zərbə vurduğunu, Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.Bununla da hələ ki, Xankəndində ki, hava limanı fəaliyyət göstərmir. Amma verilən açıqlamalardan aydın olur ki, Ermənistan tərəfi israrlıdır və yaxın vaxtlarda uçuşlar təşkil oluna bilər. Görünür bunu nəzərə alan ABŞ narahatçılığını bildirir və məsələnin böyüməməsinə çalışır.
"ABŞ tərəfləri Dağlıq Qarabağda hava limanı barədə məsələnin müvafiq beynəlxalq sazişlərin və beynəlxalq hüququn əsasında, həmçinin Ermənistan və Azərbaycanın mülki aviadaşımalar sahəsində mövcud praktikasına uyğun diplomatik həllini tapmağa çağırır".
Bu barədə Vaşinqtonda keçirdiyi brifinqdə Dövlət departamentinin sözçüsü Viktoriya Nuland bəyan edib.
O xatırladıb ki, ATƏT-in Minsk Qrupu bir neçə dəfə bu məsələ ilə bağlı bəyanat səsləndirib: "Bu bəyanatlar ABŞ, Fransa və Rusiyanın mövqelərini əks etdirir, onlarda diplomatik həllə çağırış mövcuddur. Bəyanatlarda həmçinin qeyd olunur ki, bu hava limanının işi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddiaların dəstəyi üçün istifadə oluna bilməz".Maraqlıdır, bəs hava limanı fəaliyyətə başlayarsa Azərbaycan konkret olaraq hansı addımları ata bilər? Ekspertlərin fikrincə Azərbaycan ilk növbədə müəyyən təzyiq yollarından istifadə edə bilər. Bunlar nədir? Qeyd olunur ki, ilk növbədə Azərbaycan hava məkanını Ermənistan üçün bağlı elan edə bilər. Hazırda belə bir qadağa yoxdur və Ermənistana məxsus təyyarələr Azərbaycanın hava məkanından istifadə edə bilir. Qeyd edək ki, eyni təklifi Türkiyədə səsləndirib və bəyan ediblər ki, Xankəndi hava limanı fəaliyyət göstərərsə Türkiyə Ermənistana belə bir yasaq qoyacaq. Bununla yanaşı ekspertlər hesab edir ki, Azərbaycan hərbi texnikanın imkanlarından da istifadə edə bilər. Söhbət təyyarələrin vurulmasından getmir. "Unikal"a açıqlama verən Üzeyir Cəfərli bildirib ki, hazırda Azərbaycanda ele texnikalar var ki, Yerevandan qalxan təyyarə ilə Xankəndi hava limanı arasındakı rabitə əlaqəsini kəsə bilər. Bu isə təyyarənin faktiki məfv olması deməkdir. Maraqlıdır, bəs Ermənistan beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəstək ala bilərmi? Ekspertlər bildirir ki, artıq bununla bağlı erməni lobbisi ciddi fəaliyyətə başlayıb və belə bir əsaslandırma ortaya qoyulur ki, hava limanı dinc məqsədlər üçün qurulub və hazırda Dağlıq Qarabağda yaşayan ermənilərin buna böyük ehtiyacı var. Qeyd edilir ki, bu məqsədlə erməni lobbisi əsasən ATƏT-in Minsk qrupu və Rusiyanın imkanlarından yararlanmağa çalışır. Düzdür, hələ ki, bu məsələdə Ermənistana açıq dəstək yoxdur. Amma Ermənistana hava limanından istifadə etməməklədə bağlı çağırışlarda edilmir. Hətta buda bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələnin həll olunması üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparmağada çalışıblar. Amma Azərbaycan tərəfi mövqeyində prinsipiallıq nümayiş etdirir. Bəs belə olan halda məsələ necə həllini tapa bilər? Müşahidəçilər bildirir ki, beynəlxalq güclər çalışacaqlar ki, siyasi alver yolu ilə hava limanının fəaliyyətini bərpa etsinlər. Bunun üçün hətta təzyiq yollarından da istifadə oluna bilinər. Buna görə də Azərbaycan tərəfinin məsələyə hazırkı prinsiplərlə yanaşması istənilir və qeyd olunur ki, Azərbaycan ən pis halda ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsinə etiraz etməklə də məsələnin istədiyi kimi həllinə nail ola bilər. Digər tərəfdən ortada Türkiyə faktoruda var və Türkiyənin bu məsələdə aktivləşməsi əsas şərtdir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00