Braziliyada 37 yaşlı qadın ürək tutması səbəbindən xəstəxanaya yerləşdirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər isə qadının artıq dünyasını dəyişdiyini müəyyənləşdiriblər. 37 yaşlı qadın dəfn olunduqdan sonra ətraf ərazilərdə yaşayanlar qəbirdən mütəmadi olaraq səs gəldiyini bildiriblər.
Dəfn olunduqdan 11 gün sonra məzarı açılan qadının oradan çıxmaq üçün mübarizə apararkən öldüyü məlum olub.
Xanımın səhhəti ilə bağlı yanlış məlumat verən həkimlər məsuliyyətə cəlb olunub.