Keniyada dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məktəblərdən birinin çıxışında yaşanan izdiham nəticəsində 14 şagird ölüb, 40 şagird isə yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilib. 

Məlumata görə, izdihamın yaranmasına səbəb məktəbin pilləkənlərinin çökməsi olub.