Aylar öncə Bakının Mehdiabad qəsəbəsində dəhşətli qətlin təfərrüatları bəlli olub.
Unikal.org xəbər verir ki, Space Tv-də Amil Xəlilin "Gəl dərdini danış" verilişində başı kəsilərək qətlə yetirilən 50 yaşlı Aybəniz adlı şəxsin yaxınları danışıb. Onlar cinayətin düzgün araşdırlmadığını bildirib. Belə ki, ailəsinin sözlərinə görə, Aybənizi hadisə günü qayını Fərhad adlı şəxs evə dəvət edib. İddialara görə, Fərhad ağır yataq xəstəsi olub. Hətta, həkimlər ona maksimum 3 gün yaşayacaq diaqnozu qoyub. Yaxınlarının sözlərinə görə, Fərhad dərmanlarını belə özü qəbul edə bilmirmiş. Çox az hərəkətlə yeriyə bilirmiş. Ailənin sözlərinə görə, Aybənizə 9 bıçaq zərbəsi vuran və sonra başını kəsən Fərhad ola bilməz. «Bacımı aldadıb evə aparıblar. Hər kəs evdə olub. Necə olur ki, 1 otaqlı evdə 6-7 nəfər adamın olduğu halda, Fərhad durub bacımın başını kəsir və heç kim bunu görmür? Hadisədən 3 gün sonra Fərhad rəhmətə gedir. Müstəntiq bizi çağırıb deyir ki, Aybənizi öldürən Fərhad olub. Amma yalan deyir. Aybənizə zülm ediblər. Fərhadın 2 oğlu qəsəbədə polislərlə oturub durur. Pis vərdişləri var. Olarda evdə olub.» deyə Aybənizin bacısı bildirib…
Mərhumənin xalası da şübhəli kimi Fərhadı yox, onun xanımı və oğlanlarını görür. Qardaşı da açıqlama verərək Aybənizin ölümündən 1 gün əvvəl dediyi sözləri Amil Xəlil ilə bölüşüb. «Bizə gəlmişdi. Dedi Tərlanın (Fərhadın arvadı) elə sirrini bilirəm ki, desəm nəsil bir-birinə dəyəcək. Dedim ay bacı, nə sirrdir? Dedi sonra danışarıq. Axşam eşitdim ki, bacımı öldürüblər..»
Ailənin tək istəyi bu işin düzgün araşdırılmasıdır. Müstəntiqin haqsız qərarının da üzə çıxmasıdır. Verilişdə anası da aidiyyatı qurumlara səslənərək balasının qatilinin tapılması üçün səslənib. «Balamı heç cür Fərhad elə zülmlə öldürə bilməz. Fərhad suyu da içə bilmirdi. Həmin ərəfələrdə hamı onunla vidalaşmağa gəlirdi. Necə ola bilər ki, o cür sağlam qadını tək başına yerə yıxıb başını kəsib?»
Qeyd edək ki, Xocalıdan məcburi köçkün olan Aybəniz Xocalı faciəsi günü də balasını itirib. İki övladı var. Hadisəni rəsmi sənədlərdə qaynı Fərhad adlı şəxs tərəfindən törədildiyi bildirilir. Hadisədən 3 gün sonra Fərhad dünyasını dəyişdiyi üçün işə xitam verilib.