Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb.
Unikal.org Ceyhun Bəhmənovla bıçaqladığı həyat yoldaşı Dilarə Bəhmənovanın hadisədən öncəki telefon danışığını əldə edib.
Danışıq zamanı C.Bəhmənov həyat yoldaşının cavabını soruşub. Arvadı isə ona övladlarının atalarından qorxduğu üçün onunla yaşamaq istəmədiklərini bildirib:
"Davam odur ki, mən yorulmuşam. Övladlarımız səninlə yaşamaq istəmir. Sən nə təklif edirsən? Mən özümü burada yaxşı hiss edirəm. Yaxşı yatıram, yaxşı yemək yeyirəm. Qadağalar qoyursan. normal həyatımız yoxdur".
C.Bəhmənov həyat yoldaşının sözlərindən sonra "gəlib, hamınızı öldürəcəm. Ya özünü öldür, qutar. Sonra gec olacaq. İnanmırsız?".
Famil Fərhadoğlu