Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, "Bülbül" prospekti 18 ünvanında yerləşən "Bravo" marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.
BŞBP-nin Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübüt kimi aşkar olunuraq götürülüb, tərəfimizdən zərərçəkmişə qaytarılması təmin olunacaqdır.
Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur, “Doqquz barmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, bizi məlumatlanıdmağı tövsiyə edirik.
Faktla araşdırmalar davam etdirilir.
Qeyd edək ki, oğurluq əməlinə məruz qalan, tanınmış jurnalist, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğludur.