Fevralın 2-də Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini M.Babayeva cari il yanvarın 29-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağından oğluna məxsus “Mercedes” markalı avtomobilin qaçırılmasını və fevralın 2-də həmin yerə qaytarılmasını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakinləri olan 2 qardaş - T.Cəfərov və E.Cəfərov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla T.Cəfərovun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib