Bakıda qardaş qısqanclıq zəminində bacısını qətlə yetirib.
Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu H. Əliyev küçəsi 12, mənzil 26-da baş verib.
Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov qısqanclıq zəminində bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı boğaz nahiyəsindən ülgüclə kəsərək qətlə yetirib.
S. Cəfərov daha sonra könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.