Çində yüzlərlə insanın ölümünə səbəb olan koronavirusun hansı heyvandan yayıldığı məlum olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qarşısı alına bilməyən bu dəhşətli virusun panqolin adlanan məməli heyvandan yoluxduğu ortaya çıxıb. Daha öncə isə koronavirusun yarasa, daha sonra isə ilandan yoluxduğu iddia edilmişdi.

Nəsli tükənmə təhlükəsi olan panqolinin pulcuqları və əti qeyri-qanuni yolla satılır.