Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini 2001-ci il təvəllüdlü Məmmədov Məhəmməd Ramiz oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Müayinə zamanı onun ürək nahiyyəsindən bıçaq xəsarəti aldığı məlum olub.
Xəstə əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.