Haker qrupu “Facebook” sosial şəbəkəsi və “Twitter”də iki rəsmi hesaba hücum edib.
Unikal.org xəbər verir ki, bu barədə “Politico” nəşri “Twitter” şirkətinin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
“Bir neçə korporativ hesabımız haker hücumuna məruz qaldı, lakin biz qısa müddət ərzində yenidən nəzarəti və onlardan istifadəni bərpa etdik".
“Twitter”in rəsmi nümayəndəsi bildirib ki, “Facebook” hesablarına üçüncü bir platforma vasitəsi ilə hücum edilib. NBC telekanalının verdiyi məlumata görə, hücumun məsuliyyətini Səudiyyə Ərəbistanının “OurMine” haker qrupu öz üzərinə götürüb.