Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə fevralın 6-na keçən gecə rayon ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Atakişiyev, Biləsuvar rayon sakinləri S.Əliyev və E.Əmirbəyli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.