Samsun şəhərində yağan qar səbəbindən ard-arda 2 avtomobil sürüşərək insanların arasına girib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 4-nün uşaq olduğu 6 nəfər maşının onların üzərinə sürüşüb gəlməsinə görə həyəcanlı anlar yaşayıb. Həmin görüntülər yaxınlıqda yaşayan sakinlərdən biri tərəfindən lentə alınıb.

Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.