ABŞ səfirindən gözlənilməz açıqlama
12:25 07-11-2012
İQTİSADİYYAT
ABŞ səfirindən gözlənilməz açıqlama
Xankəndində ki, hava limanı problemə çevrilir
Azərbaycanla-Ermənistan arasında hava limanı mövzusu artıq əməllicə gərginləşir. Qeyd edək ki, qondarma Dağlıq Qarabağ Respublikası hökuməti yanında mülki aviasiya idarəsinin rəisi Dmitri Atbaşyan bu il oktyabrın 1-də Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi aeroportunun istismara verildiyini bildirib.
Bundan sonra Azərbaycan tərəfi bəyan etdi ki, hava limanı fəaliyyət göstərə bilməz və Ermənistan təxribatdan imtina etməsə Dağlıq Qarabağa daxil olacaq təyyarəni sıradan çıxaracaq. Türkiyə tərəfi isə bəyan etdi ki, hava limanı açılarsa, Türkiyə öz hava məkanını Ermənistan üçün bağlayacaq. İndi isə məsələyə ABŞ-ın Ermənistandakı səfiri münasibət bildirib. ABŞ-ın Ermənistandakı səfiri Con Xefferen ermənilərə məxsus mülki təyyarənin vurulması niyyətinin yolverilməz olduğunu söyləyib.Amerikalı diplomat deyib:«Mən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin təmsilçisi kimi həmsədrlərin bununla bağlı verdiyi bəyanatı əsas götürürəm. Tərəflər təhrikedici fəaliyyətdən imtina etməlidir. Bununla belə mülki təyyarəyə qarşı zor tətbiqi istənilən halda yolverilməzdir”.
Xatırladaq ki, Xankəndindəki hava limanı istifadəyə hazır saylsa da hələ oradan uçuş edilməyib.
“Xocalı aeroportu ilə bağlı lazım olan bütün tədbirlər görülüb, bütün müvafiq qurumlara müraciətlər edilib”.
Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov separatçı Dağlıq Qarabağ rejiminin işğal etdiyi Azərbaycan ərazilərində yerləşən Xocalı aeroportunu işə salmaq niyyətinə münasibət bildirərkən deyib.“Düşünürəm ki, biz ermənilərin bu addımının qarşısını ala biləcəyik”, - deyə şöbə müdiri vurğulayıb.Amma ABŞ-in Ermənistandakı səfirinin bu açıqlaması artıq kifayət qədər ciddi məsələdir və hesab etmək olar ki, ATƏT-in Minsk qrupunda da məsələlərin müzakirəsi zamanı belə mövqe sərgilənəcək. Qeyd edək ki, Azərbaycan tərəfi bəyan etmişdi ki, hava limanından hərbi məqsədlər üçün istifadə olunacaq. Buna görə də indi belə bir versiya ortaya atılır ki, mülkü təyyarələr vurula bilinməz. Deməli mülkü təyyarələr rahatlıqla Xankəndinə uça biləcək. Bu isə faktiki hava limanının tam gücü ilə işləməsi deməkdir. Maraqlıdır, bəs Azərbaycan bu iddiaya nə cür cavab verəcək? Ekspertlər hesab edir ki, bu məsələdə Azərbaycanın güzəştə getməsi Ermənistanın psixoloji qələbəsidir və Ermənistan bundan maksimum dərəcədə istifadə edəcək. Hazırda qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağın müstəqil qrum olaraq tanınması üçün bütün imkanlarını səfərbər edib və dünya ictimaiətinə çatdırmaq istəyirlər ki, Dağlıq Qarabağda bütün infrastruktur yaradılıb və müstəqil dövlət kimi fəaliyyət göstərməyə hazırdırlar. Məsələnin həll olunmadan bu günə qədər qalması, hazırkı status-kvonun ermənilər tərəfindən saxlanılması da məhz bu siyasətlə bağlıdır. İndi isə Dağlıq Qarabağda hava limanını istifadəyə verməyə başlayıblar. Buna görə də ekspertlər bildirir ki, Xankəndi hava limanına düşəcək istənilən təyyarə anındaca vurulmalıdır. Hətta bu müharibənin başlanması ilə müşahidə olunsada. Bununla yanaşı hesab edilir ki, məsələ təcili BMT səviyyəsində müzakirəyə çıxarılmalıdır. Qeyd edək ki, bu günə qədər Dağlıq Qarabağ məsələsinin BMT-də müzakirəyə çıxarılması müxtəlif bəhanələrlə ləngidilirdi. İndi isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bundan istifadə edərək məsələni bütövlükdə BMT –in gündəliyinə saldırmalıdır. Həmçinin qeyd olunur ki, Azərbaycan Türkiyənin də imkanlarından maksimum dərəcədə yararlanmalı və Ermənistana qarşı ciddi blok yaratmalıdır. Çünki hava limanı məsələsi adi bir məsələ deyil və bu məsələdə güzəşt olarsa bunun davamı mütləq olacaq. Bunu da qeyd edək ki, Azərbaycan hava limanının fəaliyyət göstərməməsi ilə bağlı bir sıra beynəlxalq təşkilatlara müraciətlər yollasalarda hələ ki, heç birindən cavab gəlməyib. Bu cür gözləmə mövqeyindən sonra ABŞ-in Ermənistandakı səfirinin açıqlaması artıq müəyyən şübhələr yaradır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00