Niderlandın KLM aviaşirkəti yaxınlaşan “Siara” qasırğası ilə bağlı Amsterdamın Şiphol hava limanında bütövlüklə 20 giriş və 20 çıxış uçuşunu təxirə salıb.

Unikal.org xəbər verir ki, təbii fəlakətlə bağlı ölkədə narıncı təhlükə elan edilib. KLM yaxın üç gün üçün bilet alan sərnişinlərin hamısına səyahəti heç bir əlavə haqq ödəməmək şərtilə fevralın 18-dək təxirə salmağı təklif edib.

Gözlənilən əlverişsiz havalarla əlaqədar boş yük maşınları, yedəkli və treylerli avtomobillər sürməmək tövsiyə olunur. Bununla yanaşı, Krallıq Niderland Futbol Assosiasiyası (KNVB) bütün peşəkar və həvəskar turnirlərdəki oyunları təxirə salıb.