Bakıda qəribə olay baş verib.
Unikal.org xəbər verir ki, Space TV də Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində çıxış edən İlhamə adlı xanım atasının meyidinin gizlədildiyini iddia edib. «Atam Zəkəriyyə ruhi xəstə olub. Mən baxmışam. 2008-ci ildə atam evdən çıxıb və bir daha geri qayıtmayıb. 3 ay əvvəl Xətai rayonunundan bizə zəng gəldi. Biz yaxınlaşdıq. Qafar müəllim atamın şəklini göstərdi. Dedi, bu kişidir? Dedim, hə. Mənə dedi ki, atanı 2013-cü ildə Suraxanı rayonunda maşın vurub öldürüb. Vuran adam da artıq cəzasını çəkib. Dedim ki, bəs atamın meyidi hanı? Dedilər, öyrənib deyərik. Amma heç nə demədilər. Niyə atamın meyidini gizlədirlər?» deyə Zəkəriyyə bəyin qızı bildirib.
Onların tək istəyi atalarının harada dəfn olunmasını bilməkdir. «İnanırıq ki, atamızın harada dəfn olunmasını bizə deyəcəklər."
Qeyd edək ki, Zəkəriyyə bəyin son fotosunu ailə görüntüləyə bilib.