“ABŞ İraqdakı 15 hərbi bazadan hərbi hissələrini çıxarmağa başlayıb”.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əli əl-Qənimi deyib.
Onun sözlərinə görə, amerikalılar mövcudluğunu iki böyük bazada – ölkənin şimalındakı Ərbil şəhəri yaxınlığındakı bazada və paytaxt Bağdadın 180 km qərbində yerləşən Ənbər vilayətindəki “Ayn əl-Əsəd” aviabazasında məhdudlaşdırmağa qərar veriblər: “Amma ölkə parlamenti və İraq xalqı Amerika qoşunlarının bütün bazalardan çıxmasını tələb edir”.
Hələlik ABŞ tərəfi İraqdakı 15 hərbi obyektdən çıxması ilə bağlı məsələyə münasibət bildirməyib.