“Microsoft”un qurucusu 64 yaşlı Bill Qeyts 645 milyon dollarlıq  yaxta alıb.

Unikal.org xəbər verir ki, Hollandiyada yerləşən “Sinot yaxt” memarlıq şirkəti tərəfindən hazırlanan 112 metrlik lüks yaxtanın ilk dəfə konsepsiyası keçən il “Monako Yat Fuar” sərgisində təqdim edilib. 

Belə ki, 31 nəfərlik ekipaj heyəti, hovuzu, idman zalı və spası  olacaq   beşmərtəbəli yaxtanın inşası  2024-cü ildə yekunlaşacğı bildirilib. 

Qeyd  edək ki, Qeyts maye hidrogenlə təchiz edilmiş ekoloji cəhətdən təmiz mega yaxtası satın alan ilk şəxsdir.

Gülayə Mecid