Koronavirüsün (2019-nCoV) ortaya çıxdığı Çinin Vuhan şəhərində yaşayan 72 yaşlı kişi bodibildinq ustası 'Nə olacaq' deyərək maska taxmaqdan imtina edib.
Unikal.org xəbər verir ki, 2003-cü ildə təqaüdə çıxdıqdan sonra 56 yaşında bodibildinq idmanı ilə maraqlanan Qiu Jun, bir çox sahədə 'bodibildinq çempionu' mükafatına layiq görülüb.
Qiu Jun 'Nə olacaqsa olacaq' deyərək virus səbəbiylə maska taxmağı rədd edib. Bu barədə televiziyalara da müsahibə verib.
Bir neçə gün sonra yüksək hərarətlə xəstəxanaya yerləşdirilən Qiu Jun fevralın 6-da dünyasın dəyişib.