Ukraniyada  dəhşətli yol qəzası baş verib.

Unikal.org-un xəbərinə görə, üç aylıq körpəsi ilə yolu keçmək istəyən ananı qırmızı işıqda sürətlə gələn avtomobil vurub.  Zərbənin gücündən arabada olan körpə metrlərlə havaya atılıb.

Hadisədən sonra  körpəni vuran sürücü də daxil olmaqla digər sürücülər köməyə qaçıblar. Xəstəxanaya aparılan  körpənin vəziyyətinin ciddi olduğu bildirilib.

Qeyd edək ki, hadisəni törədən şəxs içkili olub. 

Faktla bağlı araşdırma aparılır. 

Gülayə Mecid