Keçiören Bələdiyyə Başçısı Turqut Altınok üçün bələdiyəyə bağlı Qida Ticarət şirkətinin büdcəsindən Audi A6 markalı avtomobil avtomobil alınıb. 

Unikal.org Tükiyə KİV-nə istinadən xəbər verir ki, bazar dəyəri 600 min lirə (təxm: 100 min dollar) olan avtomobil bələdiyyənin iş maşını kimi istifadə olunur. 

Bildirilir ki, sözü gedən bələdiyyəyə bağlı şirkətin hazırda 140 milyon lirə (təxm: 40 milyon dollar) borcu var.  Hətta sədri 600 min lirəlik avtomobillə gəzən Keçiören Bələdiyyəsinin də öz borcu 465 milyon (təxm: 131 milyon dollar) lirədir.