Türkiyənin Ankara şəhərində ana doğma övladlarına dəhşətli anlar yaşadıb.
Unikal.org məlumat verir ki, 7 ildir evli olan cütlüyün mübahisəsi zamanı ərinin evi tərk etməsindən sonra qəzəblənən ana 5 və 6 yaşlı uşaqlarına silah tutaraq videoyaya çəkib.
Belə ki, videoda uşaqlarına qorxulu anlar yaşadan ana: “Sizi də, özümü də öldürəcəyəm” deyərək həyat yoldaşına göndərib.
Baş verənlərdən təəccüblənən uşaqların ağlaması video görüntülərdə yer alıb. Ana bu hərəkətinə görə polislər tərəfindən nəzarət altına alınıb. Qadının silahi necə əldə etməsi ilə bağlı araşdırılma aparılır.
Gülayə Mecid