Rusiyanın Federal Penitensiar Xidmətinin şöbələrindən birinin keçmiş rəhbəri Viktor Sviridov hökm elan edildikdən sonra Moskvanın Çertanovski məhkəməsində intihar edib.
Unikal.org TASS-a istinadla xəbər verir ki, Çertanovski məhkəməsindən faktı təsdiqləyiblər.
“Məhkəmə hökmü elan etdikdən sonra mühakimə olunan şəxs intihar etdi. Təqsirləndirilən şəxsin məhkəmə salonuna silah aparması halı araşdırılır”, məlumatda vurğulanır.