Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb.
Unikal.org report-a istinadən xəbər verir ki, 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub.
Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.
***10:2
Unikal.org xəbər verir ki, MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli “Report”a açıqlamasında deyib ki, həmin məntəqlərin (11 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi) nəticələri dairə seçki komissiyaları (DSK) tərəfindən ləğv edilib.