Türkiyənin Antalya şəhərində ölüm hadisəsi baş verib.
Unikal.org-un xəbərinə görə, yol kənarında dayanan 07 DHC 94 dövlət nömrə nişanlı avtomobildən silah səslərinin gəldiyini eşidənlər polisə məlumat verib.
Hadisə yerinə gələn polis işçiləri avtomobildə ov tüfəngi ilə başından vurulmuş cansız kişi cəsədi ilə qarşılaşıblar.
Qeyd edək ki, aparılan araşdırmada cəsədin 5 ulduzlu restoran sahibinə məxsus olduğu bildirilib. Polislərin ilkin nəticələrinə görə şəxsin intihar etdiyi qeyd olunub.