Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri başlayıb.
Unikal.org “Anadolu” istinadən xəbər verir ki, o, İslamabadda keçirilməsi planlaşdırılan Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcək.
İslamabad beynəlxalq hava limanında Ərdoğanı Pakistanın baş naziri İmran Xan qarşılayıb.
Onu səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, ticarət naziri Ruhsar Pekcan, nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, Türkiyə Prezidenti Aparatının mətbuat katibi Fahreddin Altın və prezidentin müşaviri İbrahim Kalın müşayiət edir.