Sosial şəbəkələrdə videoları ilə fenomen olan türkiyəli gənc müğənni  Reynman bu dəfə mübahisə ilə gündəmə gəlib. 

Unikal.org məlumat verir ki,  tətilə getdiyi Uludağda bir qrup şəxslə mübahisə edən müğənni polislər tərəfindən nəzarət altına alınıb. 

Belə ki, televiziya ekranlarında jurnalistlə mübahisəsi görüntülənən  Reynman sərbəst buraxıldıqdan sonra “Instagram” səhifəsində: “Salam, dostlar. Hardasa mübahisəmi görsəniz, indidən üzr istəyirəm” deyə, “ Psixologiyam pozuldu, belə insanlıqmı olar?” paylaşımları ilə üsyan edib. 


Gülayə Mecid