Yunanıstanda Egey dənizində yerləşən İkaria adası təmiz havası və möhtəşəm təbiəti ilə dünyanın ən uzunömürlü insanlarının vətəni hesab edilir.

Unikal.org xəbər verir ki, araşdırmalara görə, İkaria adası Avropada ən uzunömürlü insanların yaşadığı yer olaraq müəyyən edilib. 8500 insan üzərində aparılan araşdırmalar nəticəsində bu ada sakinlərinin Avropanın digər bölgələrində yaşayan insanlardan 10 il daha çox yaşadıqları məlum olub.

Adada siqaret çəkənlərin sayı da olduqca azdır. İkaria adasının yalnız bir çimərlik ərazisi var, çünki digər ərazilərdə uçurumlar var.