Haitidə kilsənin tərkibində fəaliyyət göstərən uşaq evində yanğın baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 15-dən çox uşaq ölüb.
Məlumatda bildirilir ki, iki uşaq öz otağında yanaraq dünyasını dəyişib. Yerli hakim Raymond Jan Antuan bildirib ki, 13 uşaq xəstəxanaya yerləşdirilib. Lakin, onların da həyatını xilas etmək mümkün olmayıb.
Belə ki, yanğın nəticəsində uşaqların tənəffüs yollarında problemlər yaranıb. Yanğın uşaq evinin birinci mərtəbəsində, yataq otaqlarının yerləşdiyi ərazidə başlayıb.