Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 66 min 578, bu virus səbəbindən ölənlərin sayı isə 1524 nəfərə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Qeyd olunur ki, ötən sutka ərzində 2641 yoluxma və 143 ölüm faktı qeydə alınıb. Ölüm hallarından biri paytaxt Pekində baş verib.
Hazırda yoluxma şübhəsi olanların sayı 8123 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin sayında isə artım davam edir. İndiyədək 8123 nəfər sağalaraq xəstəxananı tərk edib. Həkimlər onların yenidən virusa yoluxmalarını istisna etmirlər.
Virusa yoluxanlardan 11 min nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 513 min nəfəri müəyyən edib, onlardan 169 mini həkim nəzarətinə alınıb.