İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Mançester Siti”nin UEFA tərəfindən cəzalandırılmasına münasibət bildirib.

Unikal.org xəbər verir ki, La Liqa rəsmisi, sosial şəbəkə hesabından etdiyi paylaşımda, eyni cəzanın PSJ-ni də gözlədiyini bildirib:

“Nəhayət, UEFA qəti addımlar atmağa başladı. Maliyyə qaydalarına əməl etmək və pozuntuları cəzalandırmaq futbolun gələcəyi üçün vacibdir. İllərdir qurumları “Mançester Siti” və PSJ-yə qarşı sərt addımlar atmağa çağırırıq. Nəhayət ki, bu məsələdə yaxşı bir nümunə əldə edildi. Artıq daha çoxuna ümid edirik. Heç vaxt olmamasındansa, gec olması yaxşıdır”.

Tebas, açıqlamalarında sözügedən klubların maliyyə pozuntularına yol verdiyini bildirirdi.

“Mançester Siti” UEFA tərəfindən iki mövsümlük avrokubok yarışlarından kənarlaşdırılıb və 30 milyon avro cərimə olunub.