Çinin Vuhan şəhərindən sürətlə dünyaya yayılmağa başlayan koronavirus Avropada ilk ölümə səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı Çin vətəndaşı Fransada dünyasını dəyişib. Onun koronavirusun yayıldığı ərazidən 16 yanvar tarixində Fransaya gəldiyi məlum olub. Çinli turistin yeni tipli koronavirusun əmələ gətirdiyi ağciyər pnevmaniyasından öldüyü bildirilib.