İngiltərə Premyer Liqası klublarından "Çelsi"nin də sahibi olan rusiyalı milyarder Roman Abramoviçin qızı sosial şəbəkədə özünə sevgili axtarır.

Unikal.org xəbər verir ki, məşhur milyarderin qızı Sofiya Abramoviç 23 min 600 izləyicisi olan "Instagram" hesabında sevgililər gününə özəl paylaşım edib. O, öz fotosunu "Sevgililər kimi bir görüş istəyirəm" başlığı altında paylaşıb.

25 yaşlı Sofiyanın sosial şəbəkədə sevgili axtarması izləyicilərini təəccübləndirib. Bəzi izləyiciləri isə dərhal ona sevgililik təklifi edib.