Çində yeni tipli koronavirusa yoluxan insanların sayı 68500, bu səbəbdən ölənlərin sayı isə 1666 nəfər olaraq açıqlanıb. İlk dəfə olaraq virusun yayıldığı ərazilərin kosmos görüntüləri yayımlanıb.
Unikal.org "The Sun" qəzetinə istinadən xəbər verir ki, Çində koronavirus səbəbindən ölənlər yandırıldığı iddiası ortaya atılıb. Dəhşətli virusun yayılmağa başladığı Vuhan və digər şəhərlər üzərində yüksək miqdarda kükürd dioksid maddəsi olduğu məlum olub.
Alimlər bu qədər yüksək miqdarda kükürd dioksidin yalnız cəsədlər yandırıldığı zaman ortaya çıxa biləcəyini bildiriblər. Lakin bu məlumat hələ ki, öz təsdiqini tapmayıb, çünki Pekin və Şanxay kimi karantin altında olmayan şəhərlərin üzərində də yüksək miqdarda kükürd dioksid odluğu məlum olub.
Kosmosdan çəkilən fotonu təqdim edirik: