Meksikada turistlərin tez-tez gəldiyi çimərliklərdən biri olan Destiladerasda qəribə canlı tapılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sahildə gəzən insanlar tərəfindən tapılan balığın ilk öncə delfin olduğu düşünülüb. Bu canlının nə gözü, nə də üzgəcləri yoxdur. Quyruğu isə qəribə formadadır.
Hələ ki, bu canlının hansı balıq növünə aid olduğu məlum deyil.