Bu günə qədər 1775 nəfər insanın ölümünə səbəb olan koronavirusla bağlı dünyanın dörd bir yanından maraqlı xəbərlər gəlməkdə davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bütün dünyanı qorxuya salan virusun yayıldığı Vuhan şəhərində yaşayan kanadalı Kristina Şramko pişiyinə görə ölkəsinə qayıtmadığını açıqlayıb. Gününü "YouTube" kanalı üçün video çəkərək və pişiyi ilə oynayaraq keçirən gənc qız ən son bir həftə əvvəl marketə getmək üçün evdən çıxdığını bildirib.
21 yaşlı Kristina Şramko Kanada hökümətinin təxliyə proqramına qeydiyyata düşdüyünü, lakin təyyarədə pişiklərin daşınmasına icazə verilmədiyi üçün Vuhanda qaldığını qeyd edib.