Mərsin şəhərində bir mağazanın açılış mərasimi olub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, açılışda klounluq edən 18 yaşlı Bayram A.-ya hücum edilib. O, kimliyi məlum olmayan şəxs tərəfindən döyülüb. Həmin anlar mobil telefon vasitəsi ilə lentə alınıb.
13 yaşından etibarən klounluq edən Bayram A. "Tipimə qıcıq olub. Vurdu, yerə atdı, təpiklədi. Onu Allaha həvalə etdim" deyib.